Naxçıvanda su xəttində qəza baş verib
Naxçıvan, 12 aprel, AZƏRTAC
Naxçıvan şəhərində magistral su xəttində qəza vəziyyəti yaranıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəza Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzaya səbəb kimi qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində şəhərin 2-ci və 3-cü mikrorayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.