Naxçıvanda “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” aksiyası təşkil olunub
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “NM” marketinin dəstəyi ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi ilə aksiya keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 122 litr olan plastik, 15 litr olan şüşə butulka və 47 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində ekoçanta əldə ediblər.