Nazir: Azərbaycan ilə SPECA ölkələri arasında ticarət dövriyyəsi 1,2 milyard dollar olub
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan bir çox digər SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri üçün Şərq və Qərb arasında körpü rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu ilin on ayında Azərbaycan ilə SPECA ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 1,2 milyard dollara çatıb.
Nazirin sözlərinə görə, 2022-ci ildə isə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3,6 faiz çoxdur.