Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycanda fintex, səhiyyə və təhsil sahələrində innovasiyaların sınaqdan keçirilməsi üçün “sandbox” modeli tətbiq olunur, bu isə uğurlu təşəbbüslərin daha geniş miqyasda tətbiqinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasda deyib.
Nazir bildirib ki, “sandbox” vizyonu çərçivəsində müəyyən sahələrdə xüsusi qaydalar tətbiq edilir və hökumət tərəfindən nəzarət olunur. Əgər bu yanaşma uğurlu olarsa, təcrübə genişləndirilir və digər sahələrdə də tətbiq edilir.
Rəşad Nəbiyev əlavə edib ki, düzgün tənzimləmə və idarəetmə mexanizmləri cəmiyyətin təhlükəsizliyini qoruyarkən, innovasiya ekosisteminin inkişafını da təmin edir. Bu yanaşma həm də Azərbaycanın rəqəmsal və innovativ inkişaf sahəsində beynəlxalq təcrübəyə uyğunlaşmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]