İQTİSADİYYAT
Nazir: Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet vəzifələrindəndir VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC
Abşeron yarımadasında yaşıllıq sahəsi 21 min hektar təşkil edir. Yeni yaşıllıq sahələrinin də yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 30-da Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, hazırda ölkəmizin müxtəlif regionlarında ağacəkmə kampaniyası keçirilir. Əsas məqsədlərdən biri ətraf mühitin mühafizəsi və yaşıllığın təmin edilməsidir.
M.Babayev əlavə edib ki, ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet vəzifələrindəndir və bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir. Ekoloji tələblərə cavab verməyən müəssisələrlə bağlı müvafiq işlər görülür və bu proses davam edəcək.