Nazir: Gürcüstan iqtisadiyyatı COVID-19-la bağlı ikinci məhdudiyyətlərə tab gətirməyəcək
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Gürcüstan hökuməti COVID-19-la əlaqədar ölkədə ciddi qadağaların tətbiq edilməməsi üçün hər şeyi edir. Ölkə iqtisadiyyatı pandemiya ilə əlaqədar tətbiq olunan qadağaların ikinci zərbəsinə tab gətirməyəcək.
AZƏRTAC xəbər verir, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.
Nazir qeyd edib ki, ölkədə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşməyə başlayıb. Pandemiya başlayandan bəri gündəlik ən çox yoluxma sentyabrın 10-da qeydə alınıb - 57 nəfər. Son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 1830 nəfər təşkil edir.
“Biz böyük və ciddi qadağalardan qaçmaq üçün bütün imkanlara əl atırıq. Ona görə ki, bizim iqtisadiyyatımız məhdudiyyətlərin zərbəsinə daha davam gətirə bilməz”, - deyə N.Turnava vurğulayıb.
O deyib: “Görülən səmərəli tədbirlər və həkimlərin professionallığı ilə biz bu prosesin daha yüngül keçəcəyinə əminik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]