Nazir müavini: ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib
Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il maaşlar, pensiyalar və müavinətlər əhəmiyyətli dərəcədə artırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında söyləyib.
A.Əliyev bildirib ki, pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib. Müavinət ödənişləri 24 faiz artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb.
“Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub. Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım baş verib”, - deyə nazir müavini əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:25]
AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub
- 09.10.2026 [16:09]
Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib
- 09.10.2026 [16:04]
® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib
- 09.10.2026 [15:43]