Nazir müavini: Rasim Balayev hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi
İstanbul, 29 mart, AZƏRTAC
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq artisti Rasim Balayevin İstanbulda dünyasını dəyişdiyi xəstəxananı ziyarət edib, sənətkarın ailə üzvləri ilə görüşüb.
AZƏRTAC-a açıqlama verən Murad Hüseynov Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu bildirib.
O deyib: “Rasim Balayev yaratdığı obrazlarla hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi. Bu gün burada dahi sənətkarımızın ailə üzvləri ilə görüşdük, nazirimizin başsağlığını çatdırdıq. Xalq artistimizin cənazəsinin Azərbaycana aparılması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb. Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədəki səfirliyimizin koordinasiyası ilə bu işlər davam edir. Rasim Balayevin cənazəsinin bu gün axşam reysi ilə Vətənə göndərilməsi nəzərdə tutulur”.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]