SİYASƏT
Nazirlər Kabineti gələn il Novruz, Ramazan, Qurban bayramları haqqında Qərar qəbul edib VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” Qərar qəbul edib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Qərarda deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2015-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı,
17, 18 iyul - Ramazan bayramı,
24, 25 sentyabr - Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir”.