NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Baş nazir cənab B.MakKinlinin ölkəmizin müxtəlif dövlət qurumlarında keçirdiyi görüşlərdən, qaçqın və məcburi köçkünlərimizin yaşayış şəraiti ilə yaxından tanış olmasından məmnun qaldığını bildirmişdir.
İslam Konfransı Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizə gələn təşkilatın baş direktoru bu mötəbər forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyi ilə Azərbaycanın dövlət idarələri arasında sıx əməkdaşlıq yarandığını bildirən MakKinli demişdir ki, Azərbaycan miqrasiya siyasəti sahəsində idarələrarası əlaqələri tənzimləyən yeganə ölkədir. Beynəlxalq təşkilatın rəhbəri ölkəmizlə əməkdaşlığın perspektivlərindən danışmış, qanunsuz miqrantların qeydiyyata alınması və geri qaytarılmasında, biometrik göstəricili pasportların hazırlanmasında Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətindən təəssüfləndiyini bildirən cənab MakKinli ölkəmizin ərazi bütövlüyünün bərpası və yurd-yuvasından didərgin düşmüş insanların doğma ocaqlarına qaytarılması sahəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini söyləmişdir. O, Beynəlxalq Miqrasiya Təşkilatının vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün hər cür infrastrukturu, o cümlədən məscidi olan qəsəbənin salınması ideyasını da irəli sürmüşdür. Qonağın fikrincə, qəsəbəni bu insanların özləri tikəcək və bunun müqabilində əməkhaqqı alacaqlar.
Baş nazir A.Rasizadə bu təşəbbüsə görə cənab MakKinliyə minnətdarlığını bildirərək, həmin layihənin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulamışdır.