Nazirlik ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb
Bakı, 5 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkar edilib. Ekoloji qanun pozuntularına görə 219 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 117 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 44 iş üzrə 78800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 7298.92 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 341 iş üzrə 80715.2 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 16, icra qurumlarına 13, məhkəmələrə isə 6 iş göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]