NBC: ABŞ ordusu Havay adaları üzərində uçan hava şarının hərəkətini izləyir
Bakı, 2 may, AZƏRTAC
ABŞ ordusu Havay ştatı üzərində uçan və mənşəyi məlum olmayan şarın hərəkətini izləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ötən həftənin sonundan etibarən hava şarının hərəkətini izləyən ABŞ hərbçiləri belə qənaətə gəliblər ki, obyekt nə təyyarələr, nə də milli təhlükəsizlik üçün təhlükə yaratmır və siqnal ötürmür.
ABŞ administrasiyası hesab edir ki, bu obyekt Çinə aid deyil, onun mənşəyi hazırda müəyyənləşdirilir.
Qeyd olunub ki, hava şarı əvvəllər Havay adalarının bəzi hissələri üzərində uçub, məxfi ərazilərə yaxınlaşmayıb. Hava şarının yavaş-yavaş Meksikaya doğru irəlilədiyi bildirilir. Əgər obyekt ölkə ərazisinə yaxınlaşarsa, ABŞ onu vura bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]