Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 31 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları Eldar Məmmədbəyli, Gülsüm Hacıyeva və İsa Cəfərovun həmmüəllifliyi ilə “Aminometilləşmə reaksiyası bioloji fəal norbornen törəmələrinin sintezində” (Azərbaycan və rus dillərində) adlı monoqrafiya çapdan çıxıb.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, monoqrafiya termiki və müxtəlif təbiətli katalizatorların iştirakında aparılan aminometilləşmə reaksiyası sahəsində son zamanlar aparılan tədqiqat işlərinin ümumiləşdirilməsinə həsr olunub.
Monoqrafiya neft-kimya sintezi sahəsində çalışan elmi mütəxəssislər, o cümlədən doktorant və tələbələr üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]