NEFTÇİ GEOLOQLARIN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLMİŞDİR
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, Amerika Neftçi Geoloqlar Assosiasiyasının Yer elmləri və mühəndislik assosiasiyası bölməsinin təşkilatçılığı ilə keçirilən konfransda bir çox tanınmış alim və mütəxəssislərin məruzələri dinlənilmiş, Xəzər və Qara dənizin geologiyasına dair indiyədək əldə olunmuş elmi nəticələr təhlil edilərək ümumiləşdirilmiş, gələcək elmi araşdırmaların, əməkdaşlığın əsas istiqamətləri müəyyən olunmuşdur.
Azərbaycanın geoloq, neftçi alim, mütəxəssislərinin elmi-təcrübi nailiyyətləri yüksək qiymətləndirilmişdir.
Konfrans çərçivəsində xarici qonaqların Qobustana, paytaxtımızın tarixi mədəniyyət abidələrinə gəzintiləri də təşkil edilmişdir.