“Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib
Bakı, 26 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olub.
AZƏRTAC xəbər verir ki, turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Turan Tovuz”u qəbul edib.
“Bakcell Arena”da keçirilən matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Emin Mahmudov və Kenni Sayef fərqləniblər.
Komandalar arasında keçirilən ilk oyun “Turan Tovuz”un minimal hesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0. İki oyunun nəticəsinə görə, “Neftçi” turnirin finalına vəsiqə qazanıb.
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]