“Neftçi” qambiyalı hücumçunu transfer edib
Bakı, 28 avqust, AZƏRTAC
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “ağ-qaralar” Dembo Darbonu transfer edib. Qambiyalı hücumçu iki illik müqavilə ilə Bakı təmsilçisində 22 nömrəli formanı geyinəcək.
Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan D.Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [18:44]
Azərbaycan karateçisi Avropa çempionu oldu
- 09.05.2026 [14:46]
Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər
- 09.05.2026 [14:31]
Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm
- 09.05.2026 [00:33]
“Əl-Hilal” Səudiyyə Ərəbistanı Kral Kubokunun qalibi olub
- 08.05.2026 [22:21]
Azərbaycanın paraüzgüçüsü Dünya seriyasında bürünc medal qazanıb
- 08.05.2026 [21:51]
Premyer Liqa: Çempion “Kəpəz”ə uduzub
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]