“Neftçi”-“Zirə” matçında heç-heçə qeydə alınıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də futbol üzrə Topaz Premyer Liqasının XVI turunda “Neftçi” klubu doğma meydanda “Zirə”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 22-ci dəqiqəsində İqnasio Hererra “Neftçi”ni hesabda önə çıxarıb - 1:0. Bu qoldan səkkiz dəqiqə sonra Komal Uiliams oyunda hesabı bərabərləşdirib - 1:1.
Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 76-cı dəqiqəsində “Zirə”nin heyətində İlkin Muradov qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib və oyun heç-heçə başa çatıb.
Bu görüşdən sonra “Neftçi” 20 xalla beşinci yerdəki mövqeyini qoruyub. “Zirə” klubu isə 32 xalla turu üçüncü pillədə başa vurub.
XVII tura fevralın 25-də keçiriləcək “Keşlə”-“Sumqayıt” və “Qarabağ”-“Kəpəz” görüşləri ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]