“Neftçi”nin 2018-ci ildə ilk rəqibi “Keşlə” komandası olacaq
Bakı, 9 yanvar, AZƏRTAC
“Neftçi” futbol klubu 2018-ci ildə ilk oyununu yanvarın 14-də “Keşlə” komandasına qarşı keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək yoxlama oyunu saat 15:00-da başlayacaq.
Klubdan AZƏRTAC-a bildiriblər ki, yanvarın 17-dən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. “Neftçi” yanvarın 25-də Ukraynanın “Çernomorets” komandası ilə deyil, Bolqarıstanın “Slaviya” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “Neftçi” komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, yanvarın 25-də Rumıniyanın “Konkordiya”, həmin ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]