“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la matçda boşluqlardan yararlanmalı idik
Bakı, 9 noyabr, AZƏRTAC
Pis oynamadıq. Rəqibin səviyyəsi hər kəsə məlumdur. Kifayət qədər qol vəziyyəti yarada bildik. Amma istifadə edə bilmədik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Zəfər turu”nda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: “Son zamanlar fərqli “Neftçi” izləyirik. Oturuşmuş komandaya qarşı oynadıq. Planlarımız Emin Mahmudovun meydanı tərk etməsindən sonra pozuldu. Boşluqlardan yararlanmalı idik. Amma bu matç oyunumuzu daha dərindən təhlil etməyimizə kömək oldu”.
Qeyd edək ki, bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:53]
Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub
- 27.10.2026 [12:05]
Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək
- 27.10.2026 [11:27]
“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub
- 27.10.2026 [11:23]
Bakıda Braziliya ciu-citsu idman növü üzrə açıq turnir keçirilib
- 27.10.2026 [10:52]
Azərbaycanın beş cüdoçusu Asiya Kubokunda mübarizə aparacaq
- 27.10.2026 [10:39]