NEPAL FEDERATİV DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB RAM BARAN YADAVA
Hörmətli cənab Prezident,
Nepalın milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 may 2010-cu il.