Nəqliyyat və anbar təsərrüfatı üzrə ödəniş daxilolmaları artıb
Bakı, 8 aprel, AZƏRTAC
Nəqliyyat və anbar təsərrüfatı iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin
eyni rübünə nəzərən 2.9 dəfə və ya 720 milyon manat artaraq 1,098 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu sahə üzrə artıma töhfə verən əsas qruplar poçt fəaliyyəti (497.6 milyon manat), hava nəqliyyatı vasitəsilə sərnişinlərin daşınması (79.2 milyon manat) və şəhərlərarası dəmiryolu xətti ilə sərnişin daşınması (38.4 milyon manat) olub. Poçt fəaliyyəti qrupunda kəskin artım “Azərpoçt” MMC-yə repo bağlanış məbləğinin köçürülməsi ilə əlaqədardır. Sektorda yeganə azalma isə quru yol nəqliyyatının fəaliyyəti (-4.8 faiz) qrupunda qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]