Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə təhsil şəraiti ilə tanışlıq
Bildirildi ki, 1927-ci ildən fəaliyyət göstərən məktəbdə əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 930 şagird təhsil alır. Onlardan 130-na məktəbdə, qalanlarına isə evlərdə fərdi qaydada dərs keçilir. Məktəbdə Azərbaycan və rus bölmələri var.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla görüşdü, şagirdlərin təhsili ilə maraqlandı.
Xüsusi məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə əsaslı təmir edilib. Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olan Fond onların intellektual inkişafı, yüksək mədəniyyətə malik sağlam vətəndaşlar kimi böyüyüb boya-başa çatmaları üçün mühüm layihələr həyata keçirir. Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyac duyan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir.
268 nömrəli xüsusi məktəbin şagirdlərinə kompyuterlər, dərs ləvazimatları, çantalar hədiyyə olundu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [12:09]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 08.05.2026 [17:22]
İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]
Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib
- 03.06.2026 [23:57]
ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək
- 03.06.2026 [23:46]