Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsir İmanquliyev – milli jurnalistikamızda zamanı qabaqlayan patriarx

Bakı, 20 dekabr, AZƏRTAC

Müasir həyatımızı internetsiz, xəbər portalları və sosial şəbəkələr olmadan təsəvvür etmək mümkün deyil. Bunlar elə mənbələrdir ki, hər birimizi maraqlandıran informasiyanı bu mənbələrdən əldə edə bilirik. İnternet və elektron KİV-lər yaranana qədər oxucular mətbu informasiyanı həmin gün ala bilmirdilər. Onlar bu günə aid xəbərlə ən yaxşı halda sabahkı qəzetlərdə tanış ola bilirdilər. Lakin müdrik və bəsirətli, gələcəyi görməyi, zamanı qabaqlamağı, cəmiyyətin tələbatını təmin etməyi bacaran, öz işinin peşəkarları sayılan insanlar bütün dövrlərdə olub. Görkəmli jurnalist, istedadlı redaktor, pedaqoq və ictimai xadim, XX əsrin ortalarında, 60 il bundan əvvəl yeni bir nəşr - Azərbaycan paytaxtında baş verən hadisələrdən insanların elə həmin gün xəbər tutmalarına imkan verən axsam qəzeti yaratmaq təşəbbüsü ilə çıxış etmiş Nəsir İmanquliyev məhz belə müdrik, uzaqgörən və nurlu insan idi.

Professor Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olub. O, bütün mənalı həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrlar hazırlanmasına sərf edib.

Nəsir İmanquliyevin yaratdığı və 30 il ərzində fasiləsiz rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri ötən əsrin 60-90-cı illərində Azərbaycan mətbuatının inkişafında böyük rol oynayıb. Bu qəzetlərin səhifələrində dərc edilən, həyatın bütün sahələrini - iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və başqa məsələləri əhatə edən materiallar bu gün də öz aktuallığını saxlayır. Azərbaycan jurnalistikasının korifeyi öz müsahibələrinin birində “Axşam qəzeti yaradılması zərurəti nə ilə bağlı idi?” suala cavabında deyib ki, 1950-ci illərin ortalarında Bakıda azərbaycandilli əhalinin, o cümlədən ziyalıların sayının artması ilə əlaqədar, operativ məlumat almağa zərurət hiss edilirdi. Buna görə o, belə bir qəzetin yaradılmasını təklif edib. Nəsir İmanquliyev xatırlayırdı: “Lakin bu məsələ təkcə Bakıda həll edilə bilməzdi, bunun üçün mərkəzi hökumətin - Moskvanın razılığını almaq lazım idi. O vaxt mən Azərbaycan Radio Verilişləri Komitəsinə sədr təyin edilmişdim. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən Şixəli Qurbanov mənə zəng vurub bildirəndə ki, Moskvanın razılığı alınıb, mənim sevincimin həddi-hüdudu yox idi. Qəzetin yaradılması ilə əlaqədar bütün təşkilati işlər və ona rəhbərlik etmək mənə həvalə olundu. Mən axşam qəzetinin nəşri barədə çoxdankı arzuma nail olmuşdum, buna görə Radio Verilişləri Komitəsindəki işimdən qəzet redaktorluğuna məmnuniyyətlə keçdim, hərçənd məvacibim xeyli azaldı. Nəhayət, 1958-ci il yanvarın 10-da qəzetin birinci nömrəsi çapdan çıxdı. Həmin nömrədə Bakıda baş vermiş hadisələr barədə xəbərlər, istehsalat yenilikləri dərc olunmuşdu. Qəzetdə ədəbi yaradıcılığa xeyli yer ayrılırdı. Bizim qəzetin səhifələrində Abdulla Şaiq, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, Rəsul Rza, Hüseyn Abbaszadə, Qabil kimi sənət adamlarının qələmindən çıxan bədii nümunələrin dərc edilməsi ona marağı daha da artırır, oxucuların sayı çoxalırdı. ...Tədricən qəzetin tirajı artdı, biz bu qəzetə reklam əlavəsi nəşr etməyə başladıq. 1962-ci ildə isə rusdilli “Baku” qəzetinin nəşrinə başladıq. Bizim qəzetlər təkcə paytaxtda populyar deyildi, hətta Azərbaycanın ucqar rayonlarında da abunəçilərimiz vardı, bizə çoxlu oxucu məktubları gəlirdi”.

Nəsir İmanquliyev bu müsahibəni 1998-ci ildə - artıq qanuni istirahətdə olduğu dövrdə, vəfatından cəmi bir neçə gün əvvəl verib. Azərbaycan jurnalistikasının korifeyi müxbirin “Bakı” və “Baku” qəzetlərinin fəxri redaktoru kimi, qəzetlərimizin bu günü ilə bağlı fikirləriniz və yetirmələrinizə arzularınız...” sualına cavabında, sanki qarşıdan gələn internet dövrünü qabaqcadan görərək deyib: “Operativliyi artırmaq lazımdır. Axı indi çox şeyi sürət həll edir”.

Nəsir İmanquliyevin nəvəsi - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva babası haqqında xatirələrində yazır: “Gün ərzində elə bir hadisə olmurdu ki, onun redaktə etdiyi qəzetlərdə işıqlandırılmasın. Bu gün bütün hadisələri internet vasitəsilə izləmək olar. Lakin o vaxt belə imkan yox idi. Mübaliğəsiz demək olar ki, o vaxt “Bakı” və “Baku” axşam qəzetləri bugünkü informasiya agentliklərinin funksiyalarını yerinə yetirir, gün ərzində baş vermiş hadisələr barədə oxuculara operativ məlumat verirdi. Bu, heç də asan məsələ deyildi. Jurnalist öz fəaliyyətində fasilə edə bilməz və Nəsir İmanquliyev də fasiləsiz işləyən peşəkar jurnalist idi. Jurnalist üçün ən əsas məsələ sözün vaxtında istifadə edilməsidir. Yazıçı öz fikirlərini və mülahizələrini bu gün olmasa, sabah da yaza bilər. Amma jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativ işləməlidir. Bu mənada Nəsir müəllimin fəaliyyəti ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi, bu tələbləri incəliklərinə qədər bilir və öz gündəlik fəaliyyətində onlara riayət edirdi. Yadımdadır, o, hər gün evə qayıdandan sonra gecə saat 2-3-ə qədər işləyirdi. Bütün materialları özü oxuyur, onları gözdən keçirirdi”.

Nəsir İmanquliyev informasiya janrına böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, hər bir mətbu orqanın siması, onun nüfuzu, oxucu auditoriyası peşəkarlıqla düşünülmüş informasiya siyasəti ilə müəyyən edilir. O, uzaqgörən bir redaktor kimi informasiyanın cəmiyyətdə və dünyada mühüm rol oynadığını çox dəqiq bilirdi.

“Bakı” və “Baku” qəzetlərinə 30 il fasiləsiz rəhbərlik etmiş və yüksək peşəkar kollektiv formalaşdırmış Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasının inkişafında xüsusi xidmətləri var. O, həyatının 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrlar hazırlanmasına sərf edib. Bu fakültənin məzunlarından biri də mənəm. Biz birinci kursda oxuyanda professor Nəsir İmanquliyev bizi jurnalistikanın əlifbası - “Jurnalistikaya giriş” fənni ilə tanış etdi. O, bizə təkcə müasir jurnalistikanın nəzəriyyəsini öyrətməklə kifayətlənmir, həm də özünün rəhbərlik etdiyi qəzetlərin nümunəsində redaksiyanın adi iş günləri, jurnalist materiallarının necə yaranması, informasiyanın necə əldə edilməsi, eyni bir mövzunu müxtəlif janrlarda necə açıqlamaq mümkün olması barədə danışırdı. Professor Nəsir İmanquliyev həm də bugünkü ali jurnalist təhsilinin simasını müəyyən etmiş jurnalist kursları yaratmışdı.

Bugünkü media kapitanlarının əksəriyyəti vaxtilə Nəsir müəllimin tələbələri olublar. Onun keçmiş tələbələrindən biri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov unudulmaz müəllimi haqqında xatirələrində yazır: “Nəsir müəllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimcə, Nəsir müəllimin əsl universiteti “Bakı” və “Baku” qəzetləri olub. Professor Nəsir İmanquliyev universitet auditoriyalarında tələbələrə yalnız jurnalistikanın əsaslarını öyrədirdi. “Bakı” və “Baku”nun “auditoriyalarında” isə bizə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistika məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri, ən başlıcası isə Nəsir İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklük - ağsaqqallıq, təmkinlilik kimi məziyyətləri təlqin edirdi...”

Oxucuların yaşlı nəslinin nümayəndələri hər gün axşamçağı “Bakı” və “Baku” qəzetləri üçün köşklərin qarşısında növbəyə dayandıqları illəri yaxşı xatırlayırlar. Öz işinin xüsusiyyətinə görə həm ölkədə, həm də xaricdə baş verən bütün yenilikləri hər gün izləyən Aslan Aslanov qeyd edir ki, Nəsir müəllim hələ yarım əsr bundan əvvəl jurnalistikanın informasiya janrını yüksək qiymətləndirir, onun buraxdığı qəzetlərin səhifələrində operativ, dəqiq, maraqlı və rəngarəng xəbərlərin yerləşdirilməsinə üstünlük verirdi. Aslan Aslanov müəlliminə həsr etdiyi “Ustad dərsi unudulmur...” sərlövhəli məqaləsində yazır: “Bu, şəhər qəzetlərini o zaman digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi”.

Jurnalistikamızın ağsaqqalı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov “Mənəvi təmizlik ölçüsü” adlı məqaləsində Azərbaycan jurnalistikasının korifeyini xatırlayaraq yazır ki, Nəsir İmanquliyev onun üçün həm müəllim, həm də istər müəllimlik, istərsə də elmi fəaliyyətində həmkar olub. Professor Şirməmməd Hüseynov yazır: “1966-cı ildə “Azərnəşr” kafedramızın hazırladığı “Jurnalistika məsələləri” dərs vəsaitini nəşr etdi. Bu kitabın əsas müəlliflərindən biri də Nəsir İmanquliyev idi. “Qəzetdə xəbər” bölməsini Nəsir müəllimlə mən birgə yazmışdıq. Tələbələr indi də bu dərs vəsaitindən istifadə edirlər”. Ş.Hüseynov Nəsir müəllimin jurnalist kadrlarının bir neçə nəslinin müəllimi olmasını vurğulayaraq qeyd edir ki, jurnalistika fakültəsində işgüzar ab-havanın, orada hökm sürən tələbkarlıq, ədalət, nəciblik və səmimiyyətin əsasını məhz Nəsir İmanquliyev kimi pedaqoqlar qoyublar.

1980-ci illərin əvvəlində jurnalistikada ilk addımlarını atan bir müxbir kimi, bu sətirlərin müəllifinə müasir jurnalistikanın klassiki Nəsir İmanquliyevin mühazirələrini dinləməklə bərabər, onunla bir binada işləmək xoşbəxtliyi nəsib olub. O vaxt əksər qəzet və jurnalların redaksiyaları həmin binada yerləşirdi. Mən “Vışka” qəzetində işləyirdim, mənimlə bir kursda oxuyan rəfiqəm isə “Baku” qəzetinin əməkdaşı idi. Tez-tez onların redaksiyasına baş çəkirdim. Bu redaksiyanın iş ritmi məni həmişə heyran edirdi - kollektiv şövqlə, operativ və dinamik çalışırdı. Qəzeti səhifələnməyə və çapa vaxtında təqdim etmək lazım idi ki, axşam oxucular onu alıb cari günə aid xəbərləri öyrənsinlər. Hesab edirdim ki, Nəsir müəllim çox tələbkar və bir qədər sərt adamdır. O vaxt redaksiyada işləyən gənc jurnalistlər isə deyirdilər ki, Nəsir müəllimin zahiri sərtliyinə baxmayaraq, öz kollektivinin üzvlərinə, xüsusən gənc kadrlara münasibətdə ata kimi xeyirxah və qayğıkeşdir, onlara etimad göstərir və kömək edir, lakin, eyni zamanda, tələbkardır, hərçənd, özünə qarşı daha artıq dərəcədə tələbkar idi.

Tanınmış jurnalist, uzun illər “Bakı” qəzetində işləmiş Dağbəyi İsmayılov “Mətbuatımızın siması və ya ustadımın portretindən ştrixlər” adlı məqaləsində yazır ki, Nəsir müəllim ona universitetdə beş il dərs deyib, ali məktəbi bitirəndə isə onu “Bakı” qəzetinin redaksiyasına işə dəvət edib. D.İsmayılov öz xatirələrində yazır: “İndi iftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetlərinin redaksiyası özünəməxsus dəst-xəttə, təlim və tərbiyə üsullarına malik milli jurnalistika universiteti idi. Bu universitetə qəbul olunmaq, vicdanlı, təmiz, mənəviyyatlı və peşəkar qəzetçiliyin sirlərinə yiyələnmək, qələm əhlinin əzablı həyat tərzinə alışıb, onun ağrı-acılarına tablaşmaq nə qədər çətin idisə, hansı səbəbdənsə oranı tərk etmək, başqa iş yerinə getmək ondan da qat-qat çətin idi. Son dərəcə qayğıkeş və rəhmli bir insan olan Nəsir müəllim hər nədə desən güzəştə gedərdi, amma kadr məsələsində yox. O, kadrların qədrini-qiymətini bilirdi. Nəsir müəllim öz kollektivini çox sevirdi, 30 il fasiləsiz bu kollektivə rəhbərlik edib”. Dağbəyi İsmayılov öz böyük müəlliminin bu sözlərini sitat gətirir: “Mənim iki evim, iki ailəm vardır. Biri yaşadığım ev, biri də çalışdığım redaksiyadır. Hər ikisi mənə doğma və əzizdir”. Bu, həqiqətən belə idi. O, doğrudan da hər iki evi, hər iki ailəsi ilə nəfəs alırdı. Bu sevginin, bu istəyin nəticəsi idi ki, Nəsir müəllim təqaüdə çıxandan sonra da redaksiya ilə müntəzəm əlaqə saxlayır, “Bakı” və “Baku”nun hər sayını alıb diqqətlə oxuyur, dərhal da zəng vurub iradlarını deyir, tövsiyələrini verirdi. Hərdən zarafatla deyirdi: “Məni “Bakı”ya müxbir götürsələr böyük həvəslə gəlib işləyərəm”.

Nəsir İmanquliyevin öz kollektivinə, öz tələbələrinə bağlılığını onun nəvəsi, akademik Nərgiz Paşayeva da öz xatirələrində qeyd edir: “O, çoxlarının mənəvi atası idi. Onun təkcə bir uşağı yox idi, onun yetirmələri, qəzet əməkdaşları, jurnalistlər onun övladları idi”.

Görkəmli jurnalist, sözün həqiqi mənasında peşəkar, həmişə öz dövründən bir neçə addım irəlidə gedən novator, həssas və qayğıkeş pedaqoq, öz tələbələrinə nəzəri biliklərlə yanaşı, həm də jurnalistin əxlaq kodeksini aşılayan, sadə dildə desək, bu peşədə nəyin yaxşı və nəyin pis olduğunu başa salan, incə qəlbli, nurlu və təmiz insan, qayğıkeş ailə başçısı, Aida xanım İmanquliyeva kimi gözəl bir övlad böyütmüş ata...

Bütün bu ifadələr bir nəfərə - professor Nəsir İmanquliyevə aiddir.

Deyirlər insan başqalarının qəlbində və yaddaşında öz əməlləri ilə yaşayır. Bu mənada Jurnalist və Müəllim Nəsir İmanquliyev özünə ölməzlik qazanıb.

Laçın Sultanova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub