Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəzarət zərfi dövlətin olan qurumlarda korporativ idarəetmə

Nəzarət zərfi dövlətin olan qurumlarda korporativ idarəetmə

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək üçün dövlət müəssisələrinin idarə olunmasında şəffaflığın daha da artırılması və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi zərurəti yaranıb.

Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib ki, yeni qaydalara əsasən, milli iqtisadiyyatın xüsusiyyətləri və beynəlxalq təcrübələr nəzərə alınmaqla, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin korporativ idarəetmə standartları müəyyən ediləcək.

“Bu standartlar paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin korporativ idarəetmə qaydalarını tənzimləyəcək və mərhələlərlə tətbiq ediləcək. Daha bir yenilik səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə ödəniş sistemi ilə bağlıdır. Belə ki, bundan sonra hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişi həmin hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan “Performance based remuneration system” ödəniş sistemi əsasında həyata keçiriləcək. Yaxşı təşkil edilmiş, meritokratik əsasda işləyən və əməliyyat müstəqilliyini saxlayan idarəetmə orqanı üzvlərinin göstərdikləri nəticələr əsasında qiymətləndirilməsi onların şəffaf və səmərəli fəaliyyətə stimullaşdırılması üçün əlavə imkandır. Bu addım gəlirlərin bölüşdürülməsi sahəsində şəffaflığın artırılması, idarəetmə orqanlarının üzvləri arasında sağlam rəqabət mühitinin formalaşması baxımından da əhəmiyyətlidir.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin korporativ idarəetmənin tətbiqi üçün diaqnostikanın aparılmasına ehtiyac var. Məhz diaqnostik təhlil nəticəsində bu müəssisələrdə korporativ idarəetmə üzrə tədbirlər planını tərtib etmək mümkündür. Ən əsas məsələ idarəetmə və menecmentin şəffaf sərhədlərinin təmin edilməsidir.

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin sürətləndirilməsi zərurəti də Sərəncamda əks olunub. Bu isə həm də maliyyə fəaliyyətinin auditinin aparılmasını təmin edəcək.

Korporativ idarəetmənin tətbiqi risklərin qiymətləndirilməsi, xüsusilə əməliyyat risklərinin qiymətləndirilməsi və buna uyğun ehtiyatların yaradılmasına əsas yaradır. Prezidentin Sərəncamı aktivlərin idarəedilməsini - uçotu və reyestrini - daha yüksək səviyyəyə çatdırmağa imkan yaradacaq ki, bu da itkilərin minimuma endirilməsi deməkdir. Aktivlərin daha effektiv idarəedilməsi sistemi səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə əlavə üstünlüklər gətirə bilər.

Korporativ idarəetmə standartlarına keçidin sürətlənməsi səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə orta müddətli inkişaf üçün yol xəritəsi və marketinq strategiyasının hazırlanmasını asanlaşdıracaq.

Korporativ idarəetmənin tətbiqi bir tərəfdən dövlət sahibkarlığının təkmilləşdirilməsi deməkdirsə, digər tərəfdən dövlət müəssisələrinin özəl sektor analoqları qədər səmərəli fəaliyyətinin təmin edilməsi və rəqabət mühitinin daha da yaxşılaşdırılması anlamına gəlir. Çünki korporativ idarəetmə şəraitində dövlət siyasəti və dövlət sahibkarlığı arasında daha şəffaf sərhədlər müəyyənləşir ki, bu da rəqabət mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Daha təkmil korporativ idarəetmə dövlət müəssisələrinə imkan verəcək ki, daha rahat və çevik şəkildə xarici və daxili mənbələr hesabına sərmayə cəlb etsin. Dövlət müəssisələrində korporativ idarəetmənin yaxşılaşdırılması bu baxımdan Azərbaycanda qiymətli kağızlar bazarının da inkişafına əlavə töhfə ola bilər. Çünki daha şəffaf və hesabatlı dövlət müəssisələri qiymətli kağızlarını həm daxili, həm da xarici bazarlarda yerləşdirmək imkanlarını artıracaqlar. Məsələn, Malayziyada dövlət müəssisələri Bursa Malayziyanın bazar kapitallaşmasının 36 faizini, Kuala Lumpur Composite Index-nin isə 54 faizini təşkil edir. Hindistanda isə 41 dövlət müəssisələri Mumbay Fond Birjasının bazar kapitallaşmasının 20 faizinə malikdir. Azərbaycanda daha yaxşı korporativ idarəetmə tətbiq edən dövlət qurumları dövlət büdcəsi üçün yük olmadan daxili və xarici bazarlardan vəsait cəlb edib səmərəli fəaliyyət göstərə bilərlər. Hətta korporativ idarəetmə ona gətirə bilər ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən dövlətə divident hesablanar.

Korporativ idarəetmə dövlət-özəl əməkdaşlığı üçün də yeni imkanlar deməkdir.

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təkmil korporativ idarəetməsi onların göstərdikləri xidmətlər və istehsal etdikləri məhsullar üzrə istehlakçı məmnuniyyətinin artmasını şərtləndirə bilər. Xüsusilə, kommunal sahə, xidmət, əmtəə istehsalı və sərnişindaşımada xidmətin keyfiyyətinin daha da artması gözləniləndir.

Ümumiləşdirsək deyə bilərik ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təkmil korporativ idarəetməsi onların rəqabət qabiliyyətini artıracaq, infrastrukturu təkmilləşdirəcək, hesabatlılıq və şəffaflığı yüksəldəcək, inklüzivlik, sosial məsuliyyət və ətraf mühitə təsiri müsbət istiqamətə dəyişəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Çexiya məhkəməsi Almaniya vətəndaşı olan neonasistin ekstradisiyası barədə qərar qəbul edib

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO