NİDERLANDIN KRALİÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ
Ülyahəzrət,
Niderlandın milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Niderland münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, əlaqələrimizi hərtərəfli inkişaf etdirmək, dostluq və əməkdaşlığımızı möhkəmləndirmək istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 aprel 2009-cu il.