NİGER PREZİDENTİ ÜMUMMİLLİ YAĞIŞ DUASINA BAŞÇILIQ EDİR
Prezidentin bu addımı atmasına səbəb havaların çox quraq keçməsidir. Ötən həftə Nigerdən savayı, bütün qonşu ölkələrdə, hətta Böyük səhrada da qısamüddətli yağış yağmışdır. Milli İslam Şurasının vitse-prezidenti şeyx Məhəmməd Çafu demişdir ki, belə hallarda bütün məscidlərdə elliklə Allaha dua etmək lazımdır. Niger hökuməti əhalini dualarla eyni vaxtda Tanrıdan günahlarının bağışlanılmasını da diləməyə çağırır. Müsəlman liderlərinin fikrincə, quraqlığın başlıca səbəbi məhz günahlardır.
Son vaxtlar quraqlıq və çəyirtkələrin hücumu üzündən Nigerdə aclıq rekord həddə çatmışdır. Bəzi məlumatlara görə, 13 milyonluq əhalinin yarısından çoxu aclıqdan ölmək təhlükəsi ilə üzləşir. Nigerə beynəlxalq yardımın dayandırılması təhlükəsi var. BMT 2006-cı ildə bu məqsədlərlə yalnız 14 milyon dollar toplaya bilmişdir, halbuki yardım üçün azı 37 milyon dollar lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]