NİGERİYADA BENZİN KƏMƏRİNİN PARTLAMASI DƏHŞƏTLİ FACİƏ İLƏ NƏTİCƏLƏNMİŞDİR
Onların əksəriyyəti tanınmaz hala düşmüşdür. Ölənlərin hamısı qardaşlıq məzarında dəfn ediləcəkdir. Faciə qurbanlarının şəxsiyyətlərini müəyyən etmək, çox güman, mümkün olmayacaq, çünki onlar yerli sakinlər deyil, mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri idi.
Açıq dənizdəki platformadan qurudakı topdansatış bazasına benzin ötürən kəmərdə borunun dağıdılması və ondan icazəsiz olaraq benzin götürülməsi nəticəsində partlayış baş vermişdir. Polis boruda burğu izləri aşkarlamışdır.
Benzin kəməri Nigeriya dövlət benzin korporasiyasına məxsusdur və İnaqbe çimərliyində qumun altı ilə onlarca santimetr dərinlikdən keçir. Benzin oğurluğuna qurşanan Nigeriya bandaları boru kəmərlərinin harada daha zəif olduğunu, şübhəsiz, bilirlər.
İnaqbe çimərliyindəki bu faciə benzin oğurluğu zamanı insanların kütləvi surətdə həlak olduqları heç də ilk hadisə deyildir. 2005-ci ildə bu yerin yaxınlığında oxşar şəraitdə 50 adam həlak olmuş, 2000-ci ildə ölkənin cənubunda 250 adam, 1998-ci ildə isə elə həmin yerdə təxminən 1000 nəfər nigeriyalı diri-diri yanmışdır.