Nigeriyada həbsxanaya hücum zamanı 1800-dən çox məhbus qaçıb
Bakı, 6 aprel, AZƏRTAC
Nigeriyada silahlı şəxslərin həbsxanaya hücumu nəticəsində 1800-dən çox dustaq qaçıb.
AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, avtomat, pulemyot, reaktiv qumbaraatan və tüfənglərlə silahlanmış şəxslər ölkənin cənub-şərqində yerləşən İmo ştatının Overri şəhərindəki həbsxanaya hücum edib, inzibati bloku partladıblar.
Nigeriya hakimiyyət orqanlarının məlumatına əsasən, insident nəticəsində həbsxanadan 1844 məhbus qaçıb, altı nəfər geri qayıdıb, 35 dustaq isə qaçmaqdan imtina edib.
Polis hücumda “Biafranın etnik xalqları” təşkilatını günahlandırsa da, onlar hadisə ilə əlaqəli olduqlarını inkar edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]