Nigeriyada quldur dəstələri bir sutkada 45 nəfəri qətlə yetirib
Bakı, 22 aprel, AZƏRTAC
Ötən sutka ərzində Nigeriyanın şimal-qərbində quldurlar tərəfindən azı 45 nəfər qətlə yetirilib.
AZƏRTAC Dailytrust portalına istinadla xəbər verir ki, silahlı quldurlar aprelin 21-də Maqami rayonunda yerləşən yeddi kəndə hücum edərək aralarında uşaqların da olduğu 45 nəfəri öldürüblər. Ştat rəhbərliyi həmin rayona polis bölmələri göndərib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, həmin ərazidə 30 mindən çox quldur fəaliyyət göstərir, onlarla qarşı isə təhlükəsizlik qüvvələrinin 5 min əməkdaşı mübarizə aparır.
Qeyd edək ki, son aylar Nigeriyanın bir sıra mərkəzi və şimal rayonlarında quldurların hücumlarında artım müşahidə edilir. Cinayətkarlar insanları qətlə yetirir, pul müqabilində azad etmək üçün girov götürür, mal-qaranı oğurlayır, yerli sakinləri qorxu içində saxlayır və onlardan xərac tələb edir. Hakimiyyət orqanları yaranmış vəziyyətdə xüsusi polis dəstələri və ordu hissələrinin köməyi ilə quldurlara qarşı mübarizə aparmağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]