Nigeriyalı qonaqlar ölkəmizdə silsilə görüşlər keçirəcək
Bakı, 21 mart, AZƏRTAC
Nigeriya Azərbaycanın Dostları Təşkilatının rəhbərliyi və nigeriyalı qonaqlar ölkəmizdə səfərdədir.
Təşkilatın rəhbəri Billurə Bayramova AZƏRTAC bildirib ki, 10 günlük səfər çərçivəsində Baki və regionlarda silsilə görüşlər keçirəcək, Azərbaycanin tarixi, mətbəxi, adət-ənənəsini daha geniş şəkildə işıqlandırmaq üçün zəngin materiallar toplanacaq.
Onun sözlərinə görə, qonaqların həm də ölkə rəsmləri ilə görüşləri nəzərdə tutulur.
Rəhbərlik etdiyi təşkilatın gördüyü işlərə toxunan Billurə Bayramova deyib ki, Foodies & Spice mətbəx verilişinin aparicisi, jurnalist Gina Ehikodi tərəfindən 13 epizoddan ibarət “Azərbaycan təamları”, INNOVATIVE CREATIONS AND COMMUNICATION LTD-nin rəhbəri Jennifer Gentet tərəfindin işıqlandırılan “Nigeriyalıların Diasporada Həyatı” filmi birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.
Bildirilib ki, səfər çərçivəsində artıq televiziya kanallarında görüşlər təşkil olunub və bir sıra regionlara səfərlər təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]