Nikki Heyli ABŞ prezidenti postu uğrunda yarışdan çəkilməyəcək
Bakı, 28 fevral, AZƏRTAC
Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli seçki yarışından çıxmayacağını və Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizəni davam etdirəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Nikki Heyli bunu Miçiqan ştatında praymerizin ilkin nəticələri elan olunduqdan sonra CNN telekanalına müsahibəsində deyib. O, həmçinin martın 5-də ABŞ-ın 16 ştatında və Amerika Samoasında ilkin seçkilərin keçiriləcəyi “Super çərşənbə axşamını” səbirsizliklə gözlədiyini bildirib.
Telekanalın məlumatına görə, bülletenlərin 50 faizi hesablandıqdan sonra ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçıların Miçiqan ştatında keçirilən praymerizində 67 faizdən çox səs toplayıb. Nikki Heyli isə yalnız 28,1 faiz seçici səsi qazana bilib.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Seçki yarışında əsas mübarizə indiki prezident Cozef Bayden və sabiq dövlət başçısı Donald Tramp arasında gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]
Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]