Niyazinin mənzil – muzeyində bayram konserti maraqla qarşılanıb
Bakı, 27 mart, AZƏRTAC
Niyazinin mənzil - muzeyində “Rəqs antologiyası” adlı bayram konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə reallaşıb.
Konsert çərçivəsində BMA-nın tələbələri tərəfindən Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng ifalar təqdim edilib. Konsert proqramı maraqla qarşılanıb.