Nizami Gəncəvinin yaradıcılığına həsr olunan olimpiadanın nəticələri açıqlanıb
Bakı, 3 iyun, AZƏRTAC
Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın nəticələri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 20 şagirdi uğur qazanıb.
Müsabiqənin II mərhələsində şagirdlər “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının timsalında multikulturalizm dəyərləri” mövzusunda 3 dəqiqəlik videogörüntü formatında esse hazırlayıblar. Təqdim olunan esselər müəllifin mövqeyini əks etdirməsi, mövzuya uyğunluğu, bütövlüyü, ardıcıllığı, nitqin tutarlılığı və ifadəli olması meyarları üzrə qiymətləndirilib.
Olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]