Nizami rayonunda “Hərəyə bir ağac əkək” aksiyasında 1000-ə yaxın ağac əkilib
Bakı, 14 dekabr, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı ilə birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində növbəti tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə partiya fəalları, könüllülər, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı 600-ə yaxın ağac əkilib.
Ümumiyyətlə, cari ilin oktyabrından başlanan “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində indiyədək rayonu ərazisində 1000-ə yaxın müxtəlif növ ağac əkilib və onlara lazımi aqrotexniki qulluq göstərilib.
Gələn ilin martınadək davam edəcək aksiya çərçivəsində rayon ərazisində daha 1000 ağacın əkilməsi nəzərdə tutulur.