MƏDƏNİYYƏT
Nizami rayonunda “Şuşa İli”nə həsr olunmuş musiqili-bədii gecə keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Nizami rayonundakı 220 nömrəli məktəb-liseydə “Şuşa İli”nə həsr olunmuş musiqili-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Şuşa İli”nə həsr olunan videoçarx nümayiş olunub.
Çıxış edənlər erməni vandallarının işğalı altında olduğu dövrdə Şuşada yüzlərlə tarixi və mədəniyyət abidələrinin dağıdıldığını, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etdiyi və tariximizə Zəfər Günü kimi yazılan 2020-ci il noyabrın 8-dən sonra xalqımızın mədəni həyatında müstəsna yeri olan şəhərin yeni həyatının başladığını və aparılan tikinti-quruculuq işlərindən bəhs ediblər. Ötən il Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı və Vaqif Poeziya bayramı xüsusi qeyd olunub.
Tədbirdə 220 nömrəli məktəb-liseyin 3 nömrəli Uşaq-Gənclər və İnkişaf Mərkəzi ilə birgə hazırladıqları musiqili-bədii kompozisiya təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:51]
Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!
- 28.06.2024 [16:42]
Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO
- 28.06.2024 [12:12]
"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir
- 28.06.2024 [12:09]
“Xeyir xəbər” tamaşasının premyerası keçirilib
- 28.06.2024 [11:55]