NOBEL MÜKAFATLARI LAUREATLARININ ELAN OLUNACAĞI TARİX MÜƏYYƏN EDİLDİ
Fiziologiya və ya təbabət üzrə laureatlar oktyabrın 4-də Karolina İnstitutunda, fizika və kimya üzrə mükafatların sahibləri oktyabrın 5-də və 6-da İsveç Kral Elmlər Akademiyasında elan ediləcəkdir. Sülh mükafatına kimin layiq görüldüyü oktyabrın 8-də Osloda bildiriləcəkdir. İqtisadiyyat sahəsində mükafatın (İsveç Bankı tərəfindən ödənilir) laureatının adı oktyabrın 11-də İsveç Kral Elmlər Akademiyasında açıqlanacaqdır. Ədəbiyyat üzrə mükafatın laureatı sonra, bu Akademiyanın 18 ömürlük üzvünün iclaslarından birində elan ediləcəkdir.
Xatırladaq ki, Nobel mükafatı təsis edildiyi vaxtdan bəri 103-cü dəfə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]