Norveç Nobel İnstitutu: Nobel Sülh Mükafatı başqasına verilə bilməz
Bakı, 12 yanvar, AZƏRTAC
Norveç Nobel İnstitutu Venesuelanın müxalifət lideri Maria Korina Maçadonun 2025-ci il mükafatını ABŞ Prezidenti Donald Trampa verə biləcəyi barədə açıqlamalarından sonra Sülh Mükafatının başqasına verilə bilməyəcəyini bəyan edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bəyanatda deyilir: “Faktlar aydındır və yaxşı müəyyən edilib. Nobel Mükafatı elan edildikdən sonra onu ləğv etmək, paylaşmaq və ya başqalarına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədədir”.
Mükafat Maçadoya Venesuelada demokratik hüquqların müdafiəsi və avtoritar hakimiyyətdən demokratiyaya dinc keçidi təşviq etmək səylərinə görə verilib. O, bazar ertəsi günü “Fox News”a verdiyi müsahibədə mükafatın Trampa verilməsinin venesuelalıların ABŞ-ın onların ölkələrinə etdiyi basqına görə minnətdarlıq aktı olacağını bildirib.
ABŞ lideri yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirilməsi üzrə uğurlu hərbi əməliyyata imza atıb.
Donald Tramp isə venesuelalı Nobel Sülh Mükafatı laureatının bəyanatı ilə bağlı deyib: “Eşitmişəm ki, o, bunu etmək istəyir. Bu, böyük şərəfdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]