Norveçdə şahmat üzrə super turnir davam edir
Bakı, 9 oktyabr, AZƏRTAC
Norveçin Stavanger şəhərində start götürən şahmat üzrə super turnir davam edir.
AZƏRTAC xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen turnirin dördüncü turunda amerikalı Fabiano Karuananı ağ fiqurlarla məğlub edib.
İranlı Alireza Firuzca (Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynayır) erməni Levon Aronyanı qaralarla məğlub edib, Norveçin digər təmsilçisi Aryan Tari polşalı Yan Kşiştov Dudadan daha güclü olduğunu sübut edib.
Dörd turdan sonra M.Karlsen (9 xal) turnir cədvəlinə başçılıq edir. A.Firuzdja, F.Karuana (hər biri 7 xal), A.Tari (1,5 xal) və Y.K.Duda (1 xal) sonrakı yerlərdə qərarlaşıblar.
Altı şahmatçının iştirakı ilə keçirilən turnir oktyabrın 16-dək davam edəcək.
Stavangerdəki şahmat turniri 2013-cü ildən keçirilir. Bundan əvvəl keçirilmiş yarışın qalibi Maqnus Karlsen olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:00]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]