DÜNYA
Norveçdə şam ağaclarının qoynunda ekoloji otel açılıb
Bakı, 1 dekabr, AZƏRTAC
Norveçdə, Odda şəhəri yaxınlığındakı meşə ərazisində şam ağaclarının qoynunda ekoloji otel açılıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Helen & Hard Architects” şirkətinin layihəsi ilə tikilən və xüsusi konstruksiyaya malik ekootel müasir arxitekturanın bütün tələblərinə uyğundur.
Əsas tikinti materialı olaraq müxtəlif ağac sortlarından hazırlanan və təqribən 6 metr hündürlükdə yerləşən evlərin ümumi sahəsi 15 kvadratmetrdir. Otelə pilləkənlə qalxmaq mümkündür.
Otelin sahəsinin kiçik olmasına baxmayaraq, burada qonaq otağı, mini mətbəx, vanna otağı və tualet, həmçinin 4 nəfərlik 2 yataq zonası var. Ağac üzərində evlərin hər biri elektrik, internet və məişət avadanlığı ilə təchiz edilib.
Ekooteldə 2 nəfərin bir sutkalıq istirahəti 310 dollara başa gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]