Norveçin qadın həndbolçuları dünya çempionatının qalibi olublar
Berlin, 14 dekabr, AZƏRTAC
Qadın həndbolçular arasında dünya çempionatının finalında Almaniya və Norveç milli komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada 23:20 hesabı ilə qalib gələn norveçli həndbolçular ilk dəfə dünya çempionu adını qazanıblar. Almaniya isə 32 il əvvəlki uğuru təkrarlamaq şansını əldən verib.
Üçüncü yer uğrunda görüşdə Fransanın qadın idmançıları niderlandlı rəqiblərindən üstün olublar – 33:31.
Almaniyanın Niderland ilə birlikdə ev sahibliyi etdiyi çempionatda 32 komanda mübarizə aparıb.
Qeyd edək ki, qadın həndbolçular arasında dünya çempionatı iki ildən bir keçirilir. Növbəti çempionata 2027-ci ildə Macarıstan ev sahibliyi edəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]