Noyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 7-9°, gündüz 9-12° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında dağlıq ərazilərdə qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
yağış yağacağı, arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq.
Temperaturun gecə 6-11°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı vardır. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 9-14° isti, dağlarda 0-4°, gündüz 5-9° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq.
Temperaturun gecə 7-11°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 9-12°, gündüz 13-16°, dağlarda gecə 3-7°, gündüz 8-12° isti olacağı gözlənilir.