Noyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 11-14° isti olacaqdır.
Bakıda gecə 8-10°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi 773 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı,
dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 4-9°, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı,
gecə saatlarında yağışın qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı
ehtimalı vardır.
Temperaturun gecə 6-10°, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi, gecə saatlarında dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda 1-3°, gündüz 3-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 8-11°, gündüz 11-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensiv olacağı,
dağlıq ərazilərdə yağıntının qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 9-13°, gündüz 13-16°, dağlarda gecə 4-7°, gündüz 7-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 13-dən 15-dək Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlüyü, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.