Noyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-16° olacaqdır.
Bakıda gecə 14-16°, günün birinci yarısında 20°-dək, ikinci yarısında 13-15° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 15-20° isti, dağlarda 3-6°, gündüz 7-11° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 18-23°, dağlarda gecə 4-9°, gündüz 13-17° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 3-4-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.