Noyabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün
birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış
yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-16°, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu təşkil
edəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-10°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi
yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır
Temperaturun gecə 6-11°, gündüz 14-19° isti, dağlarda 2-6°, gündüz 7-11° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 11-16°, gündüz 18-23°, dağlarda gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.