Noyabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-16°, gündüz 20-24° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 75-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-11°, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 7-12°, gündüz 16-21° isti, dağlarda 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 14-17°, gündüz 20-24°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.