Noyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
noyabrın 8-dən 9-na keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Temperatur gecə 12-15°, gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 75-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda 3-7°, gündüz 11-16° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-15°, gündüz 20-25°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 9-da Abşeron yarımadasında xəzridən sonra oksigenlə zəngin havanın üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 10-da atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.