“NUR XƏZİNƏSİ” ADLI SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 8-də Şirvanşahlar Sarayında Mömin Ziyalı Xanımlar Cəmiyyətinin təşkilatçılığı ilə müxtəlif vaxtlarda yazıya alınmış və ya çap olunmuş Qurani-Kərim nüsxələrinin nümayiş etdirildiyi “Nur xəzinəsi” adlı sərgi açılmışdır. Burada təqdim edilən 150-dən artıq Qurani-Kərimin ən qədim nüsxəsi 1292-ci ilə aiddir.
Sərgi martın 7-dək davam edəcəkdir.