DÜNYA
Nyu-Yorkda xüsusi proqram çərçivəsində 3 mindən çox silah təhvil verilib
Bakı, 1 may, AZƏRTAC
ABŞ-ın Nyu-York ştatında xüsusi proqram çərçivəsində tüfənglər və əldəqayırma silahlar da daxil olmaqla, 3 mindən çox odlu silah təhvil verilib.
AZƏRTAC xəbər verir ki, ABC News teleradio kompaniyası bu barədə ştatın Baş prokurorluğuna istinadla məlumat yayıb. Proqram çərçivəsində silahlar hədiyyə kartları müqabilində toplanır.
Təşəbbüsün məqsədi əhalinin əlində olan silahların miqdarını və bununla da odlu silahla törədilən zorakı cinayətlərin sayını azaltmaqdır. Polis silahını təhvil verən insanlardan heç bir izahat tələb etmir. Vətəndaşlara bir silaha görə 500 dollarlıq, əlavə silahların hər birinə görə isə 150 dollarlıq hədiyyə kartı verilir. Bundan başqa, 3D printerdə çap olunan və ya antik silah üçün də mükafat nəzərdə tutulub.
Hazırda ikisi Nyu-York şəhərində olmaqla ştat ərazisində doqquz mübadilə məntəqəsi təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]