O.K.ŞİRƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin beşinci bəndini rəhbər tutaraq qərara alıram:
1. Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2005-ci il .