Oktyabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 13-18°, gündüz 23-28° olacaqdır.
Bakıda gecə 15-17° , gündüz 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yuxarı 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 7-12°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 9-14°, gündüz 23-28° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 22-27° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 12-17°, gündüz 24-29° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 15-18°, gündüz 24-28°, dağlarda gecə 8-21°, gündüz 19-23° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 12-13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.